​Şəmkirdə narkotik satan və alan şəxslər ələ keçdi - FOTOLAR

Baxış sayı:
22761

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən “heroin” aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.
Muxalifet.az xəbər verir ki, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T. Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini  Mikayıl Zamanov saxlanılıb. Üzərindən müxtəlof bükümlərdə “heroin” və “marixuana” aşkar edilən M. Zamanovun  yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı M. Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.
Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.