SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qız həbs edilib - ŞOK İDDİA

Baxış sayı:
5464

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən  keçmiş sevgilisi Fidan İsmayılzadə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Muxalifet.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Fidan İsmayılzadənin yaxınları bildirib.

Qeyd edək ki,  Fidan İsmayılzadə mediaya müsahibəsində vaxtilə birgə yaşadığı  Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənirdi.

Fidan İsmayılzadə açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki,  bu prosesdə vəkili Adəm Məmmədov da iştirak edib.

Onun sözlərinə görə, vəkil vasitəsi ilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.

Məsələyə Adəm Məmmədovun da mövqeyini öyrənməyə çalışacağıq.