SON DƏQİQƏ: İstanbulda daha bir zəlzələ BAŞ VERDİ
27-09-2019 15:20
Baxış sayı:
7881

Türkiyənin İstanbul şəhərində yenidən zəlzələ olub.
Yerli vaxtla saat 13:34-də episentri Silivri bölgəsində erləşən 3,2 ballıq yeraltı təkanlar qeydə alınıb.
Qeyd edək ki, Mərmərə Seysmik Xətti üzərində yerləşən İstanbul 3 gündür zəlzələ ilə silkələnir. Zəlzələnin ən şiddətlisi ötən gün 5,8 bal gücündə olub.
Kandilli Rəsədxanasının məlumatına görə, ötən gün baş verən 5,8 ballıq zəlzələdən sonra 188 avterşok qeydə alınıb.