Stoltenberq: "Gürcüstan NATO-nun üzvü olacaq"
12-07-2018 13:25
Baxış sayı:
3127

Gürcüstan gələcəkdə NATO-nun üzvü olacaq.
Muxalifet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, bu məsələ NATO-nun davam edən sammitində razılaşdırılıb:
"Biz Gürcüstanın Avroatlantika yönümlü səylərini tam dəstəkləyirik. Gürcüstan NATO-nun üzvü olacaq, liderlərimiz bunu dünən təsdiq edib. Biz üzvlüyün hazırlanması üçün Gürcüstanla işləməyə davam edəcəyik"./trend/