​Səudiyyə Ərəbistanı İrandan şikatətçi oldu

Baxış sayı:
4738

Səudiyyə Ərəbistanı İran gəmilərinin ona məxsus Fars körfəzindəki neft yataqları akvatoriyasına daxil olmasını bəyan edib.
Muxalifet.az “RİA Novosti”yə istinadla xəbər verir ki, rəsmi Ər-Riyad müvafiq məzmunlu şikayətlə BMT-yə müraciət edib.
Məlumata əsasən, İrana məxsus gəmilər və katerlər dəfələrlə Səudiyyə Ərəbistanının ərazi sularında yerləşən bağlı zonalara müdaxilə ediblər. Lakin bu gəmilərin hərbi və ya mülki olub-olmaması açıqlanmır.
Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Müəllim bildirib ki, daha öncə Tehrana ünvanlanan etiraz notalarına rəğmən oxşar halların sayı çoxalıb.