Tariximizin ən kritik seçkiləri keçirilir - Çavuşoğlu
24-06-2018 19:47
Baxış sayı:
1483

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsvermə prosesində iştirak edib.
Muxalifet.az xəbər verir ki, XİN rəhbəri doğulduğu Antalya şəhərində səs verib.
“Vətəndaşlarımızdan səs istədik. Bu gün də vətəndaşlıq vəzifəmizi yerinə yetiririk. Səsimizi verdik. Vətənimizə, millətimizə xeyirli olsun. Bu seçkilərə yeni bir hökumət sistemi ilə daxil olduq. Türkiyə tarixinin ən kritik seçkiləri keçirilir. İnşallah millətimiz, ölkəmiz və dövlətimiz üçün xeyirli olsun”, - Çavuşoğlu bildirib.