Tatarıstanda partlayış: 8 nəfər yaralandı
22-06-2018 22:16
Baxış sayı:
5239

Rusiyanın subyektlərindən sayılan Tatarıstan Respublikasının Zainsk şəhərində yaşayış binasında qaz balonunun partlaması nəticəsində 8 nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, yerli qəza tibb mərkəzinin məlumatına görə, xəsarət alanlardan 3 nəfərin, o cümlədən bir uşağın vəziyyəti ağırdır. Partlayış binanın mənzillərindən birində təmir işləri aparılan zamanı baş verib.
Hadisə nəticəsində binanın 4-cü və 5-ci mərtəbələrində mənzillərə ciddi ziyan dəyib, 16 sakin təxliyə edilib.