Tbilisidə üç Azərbaycan vətəndaşı yol qəzasında öldü
6-07-2018 09:41
Baxış sayı:
4939

Bu gün səhər saatlarında Tbilisinin Diğomi rayonunda, Marşal Gelovani prospektində ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yanacaq doldurma məntəqəsinin yaxınlığında iki minik maşını və bir marşrut taksisi toqquşub.
Hadisə nəticəsində minik maşınlarının birində olan üç nəfər ölüb. İlkin məlumatlara əsasən, onlar Azərbaycan vətəndaşlarıdır. Minik maşını Azərbaycan nömrə nişanlıdır.
Qəza zamanı daha iki nəfər xəsarət alıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.