Tehrana daha bir zərbə: Yaponiya da İrandan imtina edir
19-07-2018 12:36
Baxış sayı:
10513

Yaponiyanın neft şirkətləri İrandan neft idxalının dayandırılmasını nəzərdən keçirməyə başlayıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Nikkey” qəzeti yayıb. Artıq idxalın dayandırılmasıyla bağlı ABŞ-ın JXTG Holdinq, “İdemitsu Kosan” və digər neft şirkətlərinə xəbərdarlıq məktubu göndərdiyi də vurğulanır.
Bununla əlaqədar olaraq Yaponiyanın xarici işlər və iqtisadiyyat nazirlikləri ABŞ-la danışıqlara başlayıb.
Qeyd edək ki, bundan öncə Hindistan da öz şirkətlərinə İrandan neft idxalının dayandırılması imkanlarını nəzərdən keçirməyi tapşırmışdı.