​Tiflis aeroportunda kütləvi zəhərlənmə: Rusiyalı saxlanıldı

Baxış sayı:
7450

Tiflisin beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib.
Muxalifet.az apa -ya istinadən xəbər verir ki, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib.
Aeroportun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb. Saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.
İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tiflis beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.
Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.
Qeyd edək ki, iki gün öncə Tiflis hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.