Tiflis-Bakı təyyarə reysi gecikir: PROBLEM... - AÇIQLAMA

Baxış sayı:
4891

Bu gün Tiflisdən Bakıya gəlməli olan təyyarə reysi gecikir.

Report-un məlumatına görə, Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Eirveys”in J2-9224 reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb.

Amma hava limanında gözləyən sərnişinlərə bunun səbəbi barədə heç bir məlumat verilməyib.

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır:

“Problem AZAL-la bağlı deyil, çünki bu, ümumi məsələdir. Problemin aradan qalxması üçün lazımi addımlar atılır. Uçuşun təxirə salınması planlaşdırılmır. Lakin uçuşun nə zaman bərpa olunacağı barədə dəqiq məlumat deyə bilmərəm”.