Tovuzda DƏHŞƏT: 14 yaşlı məktəbli intihar etdi
25-06-2018 12:46
Baxış sayı:
9172

Tovuzda intihar olub. Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.