Tramp 12 Rus casusu haqda danışdı

ABŞ prezidenti Donald Tramp, Federal juri üzvlərindən 12 Rus casusu ilə bağlı yönəltdiyi ittihamların sələfi Barak Obamanın rəhbərliyi zamanı olmuş hadisələrlə bağlı olduğunu bildirərək Obamanın bunlar qarşısında niyə bir şey etmədiyini soruşub.
Twitter hesabından açıqlama edən Tramp, "12 Rus casusu haqqında dünən eşitdiyiniz hekayələr, Tramp rəhbərliyində deyil, Obama rəhbərliyi zamanı baş verib. Xüsusən prezident Obamaya sentyabrda, yəni seçkilərdən əvvəl FTB tərəfindən məlumat verildiyi halda, niyə Obama rəhbərliyi bu məsələ ilə bağlı bir şey etməyib" deyə, sual ünvanlayıb.
DƏRİN DÖVLƏT?
Hakerlər vasitəsiylə hacklendiyi irəli sürülən DNC aparıcısının aqibətini də soruşan Tramp, "DNC aparıcısı haradadır? Niyə FTB buna əl qoymayıb? Dərin Dövlət?" deyə, yenə sual edib.
KLINTON KAMPANİYASIYLA BAĞLI
Federal jurinin xüsusi prokuror Robert Mueller tərəfindən aparılan Rusiyanın 2016 prezident seçkilərinə təsir göstərdiyi iddialarına dair istintaq haqqındakı qərarı dünən açıqlanıb.
Qeyd edək ki, ABŞ ədliyyə nazirinin müavini Rod Rosenstein, Rus hərbi kəşfiyyatından (GRU) 12 casusa Demokrat Partiyanın inzibati orqanı Demokratik Milli Komitə (DNC) və Demokrat namizəd Hillari Klintonun seçki kampaniyasını hackləmə ittihamı yönəldildiyini ifadə etmişdi.
Müxalifət.az