Tramp: ABŞ-ın taleyi təhlükə altındadır

Baxış sayı:
3460

Hazırda ABŞ-ın taleyi təhlükə altındadır.

ABŞ Prezidenti Donald Tramp bunu, onun impiçmentinə nail olmağa çalışan qanunverici-demokratların cəhdini şərh edərək deyib.

Ağ Ev rəhbəri bununla bağlı öz Twitter səhifəsində video-mesaj yayımlayıb.

Onun sözlərinə görə, demokratlar amerikalıların haqlarını təhdid altında qoyublar: “Onlar sizdən silahınızı, səhiyyənizi, səs haqqınızı və azadlığınızı almaq istəyirlər. Biz heç zaman bunun baş tutmasına izn verməyəcəyik, çünki bizim ölkə əvvəl heç vaxt olmadığı qədər ciddi şəkildə masaya yatırılıb. Hər şey çox sadədir. Onlar məni dayandırmaq istəyirlər, ona görə ki, mən sizə görə mübarizə aparıram”.

Amerika lideri həmçinin "heç bir formada və heç bir şəkildə" Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq göstərmədiyini söyləyib. Onun sözlərinə görə, "cadugər ovu" tezliklə başa çatmalıdır./Virtualaz.org