Tramp Amerikalıları qızdırdı: BU BİR XƏYANƏTDİR!

ABŞ prezidenti Donald Trampın, Amerika kəşfiyyatının, Rusiyanın ABŞ prezident seçkilərinə qarışdığı iddialarına inanmadığını söyləməsi Vaşinqtonda böyük narazılıqla qarşılanıb.
Tramp, Putin ilə Finlandiyanın paytaxtı Helsinkidə keçirdiyi birgə mətbuat konfransında, Moskvanın, ABŞ prezident seçkilərinə müdaxilə edib, etmədiyinə yönəlik bir suala Amerika kəşfiyyatını nəzərdə tutaraq, "Onlar Rusiyanın qarışdığını deyirlər, ancaq prezident Putin ilə görüşdüm, bunun arxasında Rusiya olmadığını deyir. Olması üçün də (Rusiyanın) bir səbəb görmürəm" deyə, söyləyib.
Trampın bu açıqlaması ABŞ Milli Kəşfiyyat Direktorluğu və Konqresdə böyük təpkilərə səbəb olub.
"BU, BİR ABŞ PREZİDENTİNİN ƏN UTANC VERİCİ ÇIXIŞIDIR”
Senatda əhəmiyyətli şəxslərdən Arizona Senatoru Respublikaçı Con Makkeyn də Trampın Putin ilə mətbuat konfransındakı çıxışını “bir Amerika prezidentinin yaddaşlarda qalan ən utanc verici çıxışı" kimi qiymətləndirib.
Etdiyi yazılı bəyanatda Makkeyn, "Prezident Trampın təcrübəsiz olması, eqoizmi, səhvi və avtokratlara olan simpatiyasının verdiyi zərəri hesablamaq çətindir, amma Helsinkidəki zirvə görüşü faciəli bir səhvdi". Deyə, bildirib.
AMERİKA TARİXİNDƏ DİBƏ VURMAQ
Trampın "Putinə qarşı dik dayanma məsələsində yalnız qabiliyyətsizliyinin deyil, eyni zamanda istəksiz olduğunu deyən Makkeyn, Trampın NATO müttəfiqlərinə qarşı sərt davranışlarına baxmayaraq mətbuat konfransında Putinə inandığını söyləməsini “Amerika tarixində dibə vurmaq" kimi qiymətləndirib.
ABŞ-ı UŞAQ OYUNCAĞINA ÇEVİRİB
Senatın əhəmiyyətli şəxslərindən olan Tennessi Ştatının Senatoru Respublikaçı Bob Corker da Trampa təpki göstərib.
Konqresdə jurnalistlərə verdiyi açıqlamada Corker, "Bunun ölkəmiz üçün yaxşı bir an olduğunu düşünmürəm" deyib.
Corker, Trampın açıqlamalarının ABŞ-ı "uşaq oyuncağı" halına gətirdiyini söyləyib.
BRENNAN: "XƏYANƏTDƏN BAŞQA BİR ŞEY DEYİL
Keçmiş MKİ rəhbəri Con Brennan da Twitter hesabından Trampa təpki göstərib.
Brennan bölgüsündə, "Donald Trampın Helsinkidəki mətbuat konfransında etdiyi çıxış yüksək cinayətlər və qəbahət həddinə yüksəlmiş, hətta keçmişdir. Bu xəyanətdən başqa bir şey deyil. Trampın şərhləri yalnız axmaqca deyil, eyni zamanda onun Putinin cibində olduğunu göstərir. Respublikaçı vətənpərvərlər haradasınız" deyə, sual edib.
Müxalifət.az