Tramp bu dövlətləri ABŞ-a düşmən elan etdi

ABŞ prezidenti Tramp, başladığı ticarət müharibəsinsən sonra onlara qarşılıq verənləri düşmən elan etdi.
Çin ilə getdikcə böyüyən ticarət müharibəsinin ardınca Avropa və Kanadanın da ABŞ-a qarşılıq vermələri, Trampın onları düşman siyahısına salmasına səbəb olub.
ONLAR BİZİM DÜŞMƏNİMİZDİR
ABŞ prezidenti, CBS telekanalına müsahibə verib. Proqramda ona qlobal olaraq ABŞ-ın ən böyük düşməninin kim olduğu soruşulub.
ABŞ-ın vergi tətbiqlərinə cavab tədbirləri ilə cavab verən Avropa İttifaqını hədəf alan Tramp, "Məncə, bir çox düşmənimiz var. Mənə görə, ticarətdə bizə etdiklərinə baxsaq, Avropa İttifaqı bir düşməndir. İndi siz (düşmən dedikdə) Avropa Birliyinin düşmən olduğunu düşünməzsiniz, ancaq onlar düşməndir" deyə, söyləyib.
RUSİYA VƏ ÇİN DƏ SİYAHIDADIR
Çini iqtisadi düşmən kimi qiymətləndirən Tramp, "Bu, onların pis olması ilə bağlı deyil, rəqib olduğu mənasına gəlir", - deyib.
Rusiyanı da düşmən olaraq adlandıran ABŞ prezidenti, "Müəyyən prizmalardan baxanda, Rusiya da bir düşməndir" deyib.
Qeyd edək ki, Tramp, polad və alüminium iidxalına iyunun əvvəlində əlavə vergilər tətbiq etmişdi. Yeni vergilər, AB üzvləri, Rusiya və Çinin də içində olduğu bir çox ölkəyə təsir edir.
Müxalifət.az