TRAMP BU ÖLKƏNI İŞĞAL ETMƏK İSTƏYİB
4-07-2018 14:22
Baxış sayı:
7030

ABŞ Prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilə variantını yaxın ətrafına təklif edib.
Muxalifət.az xəbər verir ki, “Assoşeyted Press” agentliyi Trampın belə bir təklifi 2017-ci ilin avqustunda səsləndirdiyini iddia edib.
Trampın istəyinə qarşı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster və Dövlət katibi Reks Tillerson çıxıb. Hazırda istefada olan hər iki siyasətçi Trampı bu hücumun neqativ təsirləri barədə xəbərdar ediblər.
Bundan sonra Tramp məsələni Kolumbiya lideri ilə müzakirə edib.