Tramp Jak Şirakın dəfninə qatılmayacaq - PUTİN İSƏ...

Baxış sayı:
3095

ABŞ-ı Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasimində ölkənin Fransa və Monako knyazlığındakı səfiri Ceymi Makkort təmsil edəcək. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalayıb. Dəfn mərasimində Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir. Qeyd edək ki, Fransanın 22-ci prezidenti J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, ölkəyə 1995-2007-ci illərdə rəhbərlik edib.