​Tramp Kim Çendən danışdı — “O, özü və ailəsi üçün yaxşı işlər görmək istəyir”

Baxış sayı:
5296

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lider Kim Çen İnə etibar etdiyini bildirib.
Muxalifet.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə o, TBN kanalına müsahibəsində söyləyib.
"Mən güman edirəm ki, o, ölkəsi, özü və ailəsi üçün yaxşı işlər görmək istəyir.  O, düzgün şeyi etmək istəyir".
 
Qeyd edək ki, iyunun 12-də Sinqapurda Tramp və Kim Çen İn arasında tarixi sammit baş tutub. Tramp görüşün yekunlarına əsasən, Koreya ilə "ətraflı" sənəd imzalayıb və Koreya yarımadasının denuklearizasiyası prosesinin "çox tez" başlayacağını vurğulayıb. 
Kim Çen isə öz növbəsində sənədin imzalanmasını iki ölkənin münasibətlərində "yeni başlanğıc" adlandırıb və yaxın gələcəkdə "böyük dəyişikliklər" vəd edib.