Tramp Kimi Çen Inı “böyük şəxsiyyət” adlandırdı – BİR VAXTLAR “DƏLİ” DEYİRDİ…

Baxış sayı:
2149

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kimi Çen Inı “böyük şəxsiyyət” adlandırıb.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, Tramp bu haqda Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində bildirib.
“Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, - Ağ Evin başçısı deyib.
Prezident əlavə edib ki, KXDR son 9 ay ərzində nə ballistik raket, nə də nüvə sınağı keçirib.
Xatırladaq ki, bir vaxtlar ABŞ prezidenti və Şimali Koreya lideri bir-birini qarşılıqlı olaraq “dəli” adlandırmışdılar.