Tramp mümkünsüzü bacardı: Dostlar ABŞ-a qarşı birləşir
5-07-2018 08:08
Baxış sayı:
2989

ABŞ Prezidenti Donald Trampın digər ölkələrə etdiyi hədələr, sanksiyalar, əlavə vergilər və diplomatik təzyiqlər "ABŞ-ı yenidən böyük güc etmək" strategiyasını zədələyib.
Muxalifet.az xəbər verir ki, bunu "Krimson Alter" blogeri İvan Danilov bildirib.
"Trampın qlobal ticarət müharibəsində Çin və Avropa Birliyini əsas düşmən kimi görməsindən sonra Asiya Sakit okean bölgəsindəki müttəfiqlərə də növbə çatıb. Müttəfiqlər Amerikaya qarşı iqtisadi koalisiyaya qoşulmağa başlayıb. Hətta qeyd edilir ki, Tramp imkansızı da bacardı. Belə ki, Pekin, Tokio və Dehli Vaşinqtona qarşı birləşir. Mövcud Vaşinqton administrasiyası dostlarını itirir və yeni düşmənlər qazanır və bunun sonu yaxşı olmayacaq", - Danilov vurğulayıb.