Tramp: "Onların ölkəmizi işğal etməsinə İCAZƏ VERMƏYƏCƏM"
25-06-2018 10:30
Baxış sayı:
8014

Meksika - ABŞ sərhədini qanunsuz şəkildə keçərkən həbs edilən insanların deportasiya ediləcəyini deyən ABŞ prezidenti Donald Tramp yeni açıqlama verib.
Muxalifət.az xəbər verir ki, prezident qərarından geri addım atmayacağını bildirib.
ABŞ prezidenti tvitter hesabından verdiyi açıqlamada “Bu insanların ölkəmizi işğal etmələrinə icazə verməyəcəyik. Biri gələrkən məhkəmə olmadan geri göndərməliyik. Sistemimiz, qanunumuz, qaçqın siyasətimiz lağ mövzusu olub. Uşaqların çoxu, onsuz da, valideynsiz gəlir” sözlərini yazıb.
Ailələrindən məcburi şəkildə alınan uşaqların hansı şərtlər altında yaşaması media tərəfindən ictimailəşdirilərkən təzyiq olunduğu üçün geri çəkilməsinə rəğmən, Donald Tramp qaçqınlara qarşı münasibətini yumşaltmayıb.