Tramp-Putin görüşünün bəzi detalları

Baxış sayı:
3550

ABŞ prezidenti Tramp ilə Rusiya prezidenti Putin arasında bu gün Finlandiyanın paytaxtı Helsinkidə tarixi zirvə görüşü baş tutacaq. Moskvadakı şərhçilər, görüşdə İran və Suriya məsələsinin gündəmin ən üst sıralarında yer alacağını dilə gətirir. ABŞ və İsrail İranın Suriyadakı varlığına son qoymasını istəyir, Rusiya isə bunun üçün formul axtarışındadır.
 
Rusiya və ABŞ liderlərinin bazar ertəsi səhər saat 08.00-də Helsinkiyə gələcəklərini bildirən Putinin xarici siyasət üzrə köməkçisi Uşakov, "Təkbətək görüş yerli vaxtla saat 13.00-da başlayacaq. İki liderin yalnız tərcüməçilərin iştirakı ilə görüşməsi hər iki tərəfin ortaq tələbidir. Sonra zirvə görüşü, heyətlər səviyyəsində davam edəcək. Xüsusən Qərb mətbuatında bu görşmə ilə bağlı bir sıra spekulyasiya da aparılır. Prinsip olaraq bu zirvə görüşü sazişlərin və birgə qərarların qəbul olunacağı bir görüş olmayacaq. Hələlik görüşlə bağlı yekun bəyannamə də nəzərdə tutulmur. Danışıqların sonunda liderlər aralarında qərar verilsə, qısa bir bəyanat hazırlanacaq. Sammitin nəticələrilə bağlı məlumat verməyi də yenə liderlər birgə mətbuat konfransında hər tərəfdən 4 suala cavab verərək yekunlaşdırmağa çalışacaq" deyə, görüşlə bağlı bəzi təfərrüatları açıqlayıb.
 
İSRAİL VƏ İRAN
 
Digər tərəfdən, Tramp-Putin zirvə görüşünə Rus siyasi ekspertləri də münasibət bildirib. İki dövlət arasında yığılan bir sıra problem arasında İran məsələsinin əsas müzakirə obyekti olduğunu qeyd edən Rusiyadakı "Dünya Siyasət və İqtisadiyyat Siyasəti İnstitutunun" eksperti Andrey Suzdaltsev, "ABŞ ilə Rusiya liderləri qarşısında təcili həll edilməli olan bir nömrəli məsələnin Suriyadakı İran varlığı ilə əlaqəlidir. İranın Suriyada müxtəlif növ silahlı qrupu var. İsrailin isə İranın buradakı varlığına münasibəti hərkəsə bəllidir. Regionda Suriya böhranını kölgədə qoyacaq məslə, daha təhlükəli İsrail-İran savaşının çıxması məsələsidir. Putin ilə Trampın məhz bu problemə təcili həll tapması lazımdır. Əlbəttə, bu çıxış yolu axtarılarkən Rusiyanın İrana təzyiq imkanları məhduddur. Putin bir şəkildə Trampa İran adına qərar verə bilməyəcəyini izah etməyə çalışacaqdır" deyə, görüşü şərh edib.
Müxalifət.az