“Tramp Ruhanidən 8 dəfə görüş tələb edib” - İRAN

Baxış sayı:
11323

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi, ABŞ prezidenti Donald Trampın prezidenti Həsən Ruhaniylə görüşmək üçün 8 dəfə müraciət etdiyini, ancaq rədd edildiyini söyləyib.
 
Mahmud Vaizi, "Prezident Həsən Ruhani, sentyabrda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak etdiyi zaman, Tramp, 8 dəfə Ruhani ilə görüş tələb edib” deyib.
“Amma Ruhani bu tələbləri qəbul etmədi" deyə bildirən Vaizi, ABŞ-la münasibətlər məsələsində şəffaf siyasət və aydın mövqeyə malik olduqlarını bildirib.
İran Prezidentinin müşaviri, "İrandakı sistemin və xalqının xüsusiyyəti, təzyiqlərə baş əyməməsidir. Tramp, İran ilə xalqının, Şimali Koreya ilə xalqından fərqli olduğunu bilməlidir" deyib.
Müxalifət.az