Tramp və Putinin gündəmində İran olacaq

Baxış sayı:
1282

Bazar ertəsi günü Helsinkidə görüşəcək olan Putin və Tramp arasındakı söhbətin əsas mövzusu İranın Suriyadakı varlığının davam edib etməyəcəyi olacaq.
 
Uzun müddətdir İsrail və Rusiya arasında İran güclərinin Suriyadakı varlığının davamı ilə bağlı müzakirələr aparılır. Putinin Xarici İşlər Nazirliyinin müşaviri Yuri Uşakov cümə günü etdiyi açıqlamada, İran güclərinin Suriyadan birdən çəkilməsini gözləməyin reallıqdan çox uzaq olduğunu ifadə edbi. Ehtimal olunan bir həllin isə Suriya birliklərinin, İran güclərinin yerini alması ilə reallaşacağını vurğulayan Rusiya, Hizbullahın da İsrail sərhədindəki varlığına müdaxilə edilməyəcəyinə də yer verib. İranın dini lideri Əli Xamneyinin müşaviri Ali Akbar Vilayəti isə bazar ertəsi keçiriləcək görüşün nəticəsi ilə bağlı şübhələrinin olduğunu, ancaq Trampın regiondakı sülhə töhfə verəcək bir qərar verməyəcəyinə də əmin olduğunu dilə gətirib. İsrail tərəfindən məsələ ilə bağlı “Reuters”-ə verilən müsahibədə,  Moskvanın İran qüvvələrini İsrail sərhədinin 80 km-ə qədər uzağa köçürülməsini təmin edəcəyini bildirib. İsrail hər fürsətdə, İran, yaxud Sii qüvvələrin Suriyadakı müharibədən sonra varlıqlarını davam etdirməyə imkan verməyəcəyini təkrarlayarkən, İsrailin müdafiə naziri də “Bizə görə, İranın Süryadakı varlığı çox mənasızdır. Biz heç vaxt İranın bölgədə qalmasına imkan verməyəcəyik" deyib.
Müxalifət.az