Tramp yenə prezidentliyə namizəd olacaq: “GÜCLÜ RƏQİBİM YOXDUR”
16-07-2018 10:42
Baxış sayı:
3790

ABŞ prezidenti Donald Tramp, 2020-dəki prezident seçkilərində rəqibsiz olduğunu irəli sürərək, yenidən namizəd olacağını açıqlayıb.
İngiltərənin “Mail on Sunday” qəzetinə verdiyi müsahibəsində 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün, "Niyyətim yenidən namizəd olmaqdır" deyən Tramp, namizəd olmasını "hər kəsin istədiyini" bildirib.
RƏQİBİM YOXDUR
Prezident seçkiləri üçün “rəqibsiz” olduğunu iddia edən Tramp, Demokratlar arasında da onunla rəqabət aparacaq bir kəsi görmədiyini də vurğulayıb və "Hamısını tanıyıram və heç kəs görmürəm" - deyə, iddialı danışıb.
Müxalifət.az