Trampı kimsə qarşılamadı! SƏBƏB ORTAYA ÇIXDI

Belçika mətbuatında yer alan xəbərlərdə, NATO Sammiti üçün Brüsselə gedən ABŞ prezidenti Donald Trampın Belçika Milli Komandasının Dünya Kubokundakı yarım final qarşılaşması səbəbilə rəhbərlik tərəfindən qarşılanmadığı iddia edilib.
Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Sammitində iştirak edən ABŞ prezidenti Donald Tramp, dünən axşam Brüsselə gəlib.
Ancaq Trampı heç bir yüksək səviyyəli Belçikalı səlahiyyətli qarşılamayıb. ABŞ-ın Belçikadakı səfiri Ronald Gidwitz və ABŞ-ın NATO -dakı daimi nümayəndəsi Kay Bailey Hutchinsonın yer aldığı qarşılamada Xarici İşlər Nazirliyinin protokol direktoru Fransua Gusten də iştirak edib.
Belçika mətbuatında yer alan xəbərlərdə, Belçikalı yüksək səviyyəli rəsmilərin Belçika Milli Komandasının Dünya Çempionatının yarımfinalında Fransa ilə oynadığı qarşılaşmanı izləməyə getdikləri üçün Trampı qarşılamadıqları irəli sürülüb.
Le Soir, baş nazir Mişelin matçı izləmək üçün Belçikalı ulduz futbolçu Eden Hazardın yaşadığı Braine-le-comteye getdiyini, Kral Filip və xarici işlər naziri Didier Reyndersin isə matçı birbaşa tribunadan izlədiklərinin yazıb.
Qeyd edək ki, Belçika, Trampın NATO sammiti ərəfəsində müdafiə xərclərini artırması istiqamətində məktub göndərdiyi ölkələrdən biri idi. Baş nazir Çarlz Mişel, Trampın yazdığı məktubdan çox da narahat olmadığını söyləmişdi.
Müxalifət.az