Türk futbolçu Məsut Özildən tarixi qərar: ALMANİYA MİLLİSİNİ BURAXIR

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə çəkdirdiyi fotoşəkilə görə, Almaniyada günah keçisi elan edilən Məsut Özilin milli komandanı buraxmağa hazırlaşdığı irəli sürülüb.
Almaniyanın son çempion olaraq gəldiyi 2018 Dünya Kubokuna erkən qrup mərhələsində vida etməsindən sonra günah keçisi elan edilən Məsut Özilin tarixi bir qərar qəbul edəcəyi iddia edilib.
“Sky Almaniya”-nın əldə etdiyi məlumatlara görə, İngiltərənin “Arsenal” komandasında forma geyinən 29 yaşlı futbolçu, Alman Milli Komandasını buraxmağa hazırlaşır.
Prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkilə görə, hədəfə gətirilən ulduz futbolçunun atası Mustafa Özil də dünən Billdə verdiyi açıqlamada “oğlumun yerində olsam, milli komandanı buraxardım” deyib.
MəsuT Özilin mövzu ilə bağlı yaxın bir zamanda açıqlama verməsi gözlənilir.
Müxalifət.az