Türk ordusuna hücum: 1 şəhid, 1 yaralı
13-07-2018 11:16
Baxış sayı:
2497

Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalında türk əsgərləri ilə PKK terrorçuları arasında baş verən şiddətli atışma zamanı 1 təhlükəsizlik qoruyucusu şəhid olub.
Muxalifət.az xəbər verir ki, bu barədə Diyarbəkir Valiliyi informasiya yayıb.
Məlumata görə, gecə saat 02:45 radələrində baş vermiş qarşıdurma zamanı 2 təhlükəsizlik qoruyucusu yaralanıb. Dərhal xəstəxanaya çatdırılan hərbçilərdən birini xilas etmək mümkün olmayıb.