Türkiyə ABŞ-a ZƏMANƏT VERİB

Baxış sayı:
4789

55-ci nəsil F-35 döyüş təyyarələrinin Türkiyəyə təhvil verilməsi mərasimində ABŞ ilə yaşanan gərginliyin Türk və ABŞ rəsmiləri arasında müzakirə olunduğu iddia edilib. Türk tərəfinin, bəzi ABŞ rəsmiləri tərəfindən dilə gətirilən "Radar sistemi açıq olanda S-400-lər, F-35-lərin gizli kodlarını “kopyalaya bilər” yönündəki narahatlığını aradan qaldırdığı qeyd olunub.
 
Amerikanın F-35 istehsalçısı olan “Lockheed Martin” şirkətinin Fort Worth-dəki obyektlərində Türkiyəyə təhvil verilən ilk F-35 döyüş təyyarəsi üçün təşkil olunan mərasimin qapalı qapıları arxasında, Türkiyənin Rusiyadan satın alacağı S-400 hava müdafiə sistemi səbəbiylə Ankara ilə Vaşinqton arasında yaşanan gərginliyin Türkiyə və ABŞ rəsmiləri arasında söhbət mövzusu olduğu iddia edilir.
 
HAVA MÜDAFİƏSİ
 
Ancaq mərasimin pərdə arxasından sızan iddialara görə, Türk tərəfi, bəzi ABŞ rəsmiləri tərəfindən dilə gətirilən "Radar sistemi açıq olanda S-400-lər, F-35-lərin gizli kodlarını “kopyalaya bilər” yönündəki narahatlığını aradan qaldırmaq üçün müəyyən inandırıcı izahlar verib. Bu çərçivədə, lazım gələrsə, S-400-lərlə F-35-lərin yerləşmələrini müxtəlif yerlərdə təşkil oluna biləcəyi və bu kontekstdə S-400-lərin F-35-lər üçün təhlükə olmayacağı bildirilib. "Türkiyənin, Patriot yerinə niyə S-400-ə üstünlük verdiyi" sualına verilən cavabın da "ABŞ Patriot vermək üçün heç də könüllü davranmadı. Ayrıca hava müdafiə sistemində S-400-lərlə Rusiya, Patriotlardan bir addım öndədir. Hətta S-500-lərlə aradakı fərq daha da artacaq. Ancaq döyüş təyyarəsində də ABŞ ciddi ölçüdə irəlidədir. Türkiyə, ən yaxşıları seçdi. Bu müttəfiqlərin təhlükəsizliyi üçün də yaxşı bir şeydir" dediyi bildirilir.
Müxalifət.az