Türkiyə lazer silahını sınaqdan keçirdi - VİDEO
6-07-2018 12:23
Baxış sayı:
5503

Türkiyə Silahlı Qüvvələrinin IŞIN lazer silahı uğurla sınaqdan keçirilib.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir danışıb.
500 metrdən bir test təşkil olunduğunu bildirən Dəmir 22 millimetrlik polad zirehin silah vasitəsilə deşildiyini qeyd edib.
Silah 500 metr məsafədə mini və mikro PUA-lara, terrorçuların istifadə etdiyi kamuflyajlara və 200 metr məsafədə kustar üsulla düzəldilmiş partladıcılara qarşı mübarizə aparmaq məqsədilə inkişaf etdirilib.