Türkiyə ordusu PKK-nın 30-a yaxın dayaq məntəqəsini məhv etdi
11-07-2018 13:17
Baxış sayı:
4282

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyatları davam etdirir.
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində PKK terrorçularının 28 dayaq məntəqəsi məhv edilib.
Türkiyə Silahlıq Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata əsasən, dayaq məntəqələri İraqın Avaşin, Baysan və Zap rayonlarında məhv edilib.