Türkiyə, Pakistan və Malayziya İslam düşmənlərinə qarşı birgə telekanal açmağa qərar verdi...

Baxış sayı:
7240

Türkiyə, Pakistan və Malayziya müsəlmanlara qarşı düşmənçilik təzahürləri(islamofobiya) ilə mübarizə üçün ingilis dilli bir telekanal yaratmağa qərar verib.
Moderator.az-ın xarici İslam saytlarına istinadla yaydığı xəbərə görə, bunu Pakistanın Baş naziri İmran Xan açıqlayıb. Xan bildirib ki, qərar Nyu-Yorkda - BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş naziri Mahathir Muhəmməd ilə üçtərəfli görüşdən sonra razılaşdırılıb. Kanalın əsas məqsədi İslam dünyasının üzləşdiyi çətinliklərlə mübarizə və dünyada İslamın səhv qəbul edilməsini önləmək olacaqdır.
“Dünyanın müxtəlif ölkələrinin sakinləri İslam haqqında düzgün məlumat alacaqlar. Beləliklə, radikalları arqumentlərindən məhrum edəcək və islamofobiya ilə əlaqəli cinayət səviyyəsini azaldacağıq. Kanalın efirində İslam tarixi ilə bağlı bədii filmlər və seriallar nümayiş etdiriləcək. İnsanlar məlumatlandırılacaq və öyrədiləcək”-deyə Pakistan lideri izah edib.