Türkiyə PKK mövqelərini DARMADAĞIN ETDİ

Baxış sayı:
6445

Türkiyə Silahlı Qüvvələri Şırnak bölgəsi, Qəndil, Avaşin-Basyan və Qara bölgələri istiqamətində hava əməliyyatı həyata keçirib.

Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı informasiya yayıb.

Məlumata görə, əməliyyat zamanı terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarları hədəf seçilib, 11 terrorçu aviazərbələr nəticəsində öldürülüb.