Türkiyə üçün tarixi gün – Rəsmən BAŞLANIR
9-07-2018 09:25
Baxış sayı:
5065

Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “Prezident vəzifəsinə başlama mərasimi” keçiriləcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Beştəpədə Prezident Sarayında keçiriləcək mərasimdə 28 ölkədən dövlət, hökumət və parlament başçıları, o cümlədən 22 dövlət başçısı ilə yanaşı, çoxlu sayda yerli və xarici qonaq iştirak edəcək.
Mərasimlə əlaqədar Ankara polisi təhlükəsizlik tədbirlərini gücləndirib, xarici qonaqların təhlükəsizliyi üçün xüsusi tədbirlər görülür. Paytaxtda təhlükəsizliyi ümumilikdə 10 min polis təmin edəcək.
Ərdoğanın andiçməsi ilə Türkiyədə prezident idarə-üsulu rəsmən başlanmış olacaq.