Türkiyə və Yunanıstan silkələnir... - MƏŞHUR ALİMİN PROQNOZU BU DƏFƏ DƏ DOĞRU ÇIXDI
24-09-2019 14:47
Baxış sayı:
14063

Yunanıstanda şiddətli zəlzələ meydana gəlib.
Publika.az xəbər verir ki, Cirit adası sahillərində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Makry Gialos adasından 106 km məsafədə, yerin 80 km dərinliyində baş verib.
Qeyd edək ki, az öncə Türkiyənin İstanbul şəhərində də 4,6 bal gücündə zəlzələ olmuşdu.
Xatırladaq ki, dünyaca məşhur zəlzələ proqnozçusu Frenk Huqerbits Türkiyədə baş verə biləcək zəlzələlərin şiddətli olacağını demişdi.