Türkiyədə 6 PKK-lı polisə təslim olub
19-09-2019 18:08
Baxış sayı:
9742

PKK terror təşkilatının 6 üzvü polisə təslim olub
Muxalifet.az türk mətbuatına istinadən bildirir ki, PKK üzvləri İraqın şimalındakı düşərgələrindən qaçaraq Şırnak vilayətinin Silopi rayonu yaxınlığında yerləşən Habur Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.
Məlumata görə, saxlanılan terrorçulardan 4-ü qadındır.
Daha ətraflı məlumat verilmir.