Türkiyədən İsrailin yəhudi dövləti qanununa - Sərt reaksiya
19-07-2018 17:43
Baxış sayı:
11119

Rəsmi Ankara İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununa sərt reaksiya verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Yəhudi milli dövləti qanunu beynəlxalq hüquq prinsiplərini ayaqlar altına almaqdadır, Fələstinlilərin haqlarını heçə saymaq deməkdir”, - XİN-dən bildirilib.
Xatırladaq ki, İsrail parlamenti dövlətin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.