Türkiyənin müttəfiqinə hücum: Suriya ordusu yardıma gəldi
23-06-2018 22:40
Baxış sayı:
5542

Suriya ordusu Azad Suriya Ordusu ilə birgə Əl Nüsrənin hücumunun qarşısını alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Atəşkəsə Nəzarət qurumu məlumat yayıb.
Məlumatda ötən gecə Əl Nüsrə döyüşçülərinin 9-cu tank diviziyasının Dama və Deyr Dama yaşayış məntəqəsi yaxınlığındakı mövqelərinə hücum etdiyi bildirilib. Qarşıdurma zamanı 5 suriyalı əsgər öldürülüb, 19-u yaralanıb.
Əl Nüsrə öncə ASO-ya hücum edib. ASO isə hücum başlayanda Suriya ordusundan yardım istəyib.