Xidmət rəisi işdən çıxdı - Ərizə yazaraq...

Baxış sayı:
5524

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətdən Muxalifət.az-a verilən məlumata görə, o, başqa işə keçdiyi üçün ərizə yazaraq işdən çıxarılmasını istəyib.

C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

Xidmətdən C.Quliyevin işdən çıxarılmasının papmıqçıların zəhərlənməsi ilə əlaqədar olması ilə bağlı yayılan məlumatı təkzib ediblər.

Qeyd edək ki, bu məlumatı ilk olaraq "Qafqazinfo" yazıb. Saytın yazdığına görə, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

C. Quliyevin dünən İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin zəhərlənməsi faktına görə işdən çıxarıldığı ehtimal olunur.