Xomeyninin qız nəvəsinin ÇANTASI İRANI QARIŞDIRDI

Baxış sayı:
5776

İranın 29 il əvvəl ölən dini lideri Ayətullah Xomeyninin nəvəsi Əli İşrakinin həyat yoldaşı və iki qızı ilə çəkilən fotoşəkilində 3799 dollarlıq əl çantası ölkədə gündəm olub. İranın inqilab lideri Ayətullah Xomeyninin qız nəvəsi ailəsiylə çəkdirdiyi fotonu sosial mediada paylaşması İranda hadisə yaradıb. Səbəbi isə Əli İşrakinin qızı Jasminin qolundakı bəbir naxışlı çanta olub. İranlı jurnalistlər, İranın 29 il əvvəl ölən dini lideri Ayətullah Xomeyninin birinci və ikinci nəsil nəvələrinin lüks marağını araşdırmağa başlayıb. Çünki İmam Xomeyninin nəvəsi Əli İşrakinin həyat yoldaşı və iki qızı ilə çəkilən fotoşəkilində, bir detal diqqətlərdən qaçmayıb. Əli İşrakinin böyük qızı Jasminin əlindəki çanta, lüks məhsulları ilə tanınan İtalyan moda nəhəngi Dolce & Gabbanaya aiddir. İranlı jurnalistlər, sözügedən markanın internet saytına girərək Jasminin əlindəki çantanın qiymətinin 3799 dollar olduğunu müəyyənləşdiriblər. Xəbərlər sosial mediada və mətbuatda sürətlə yayılıb. Çantanın qiyməti və İşraki ailəsinin şəkli “ıranregimechange” (İranda rejim dəyişikliyi) başlığı ilə dəfələrlə paylaşılıb. "Xomeyninin geridə qalan qohumları lüks içində yaşayarkən İranın əksər təbəqəsi arasında iqtisadi bir uçurum var. Məhz İranlı elitalarla xalq arasında yaradılan böyük fərq mövcuddur" deyə, şərhlər yazılıb. Jasmin, vəziyyətin fərqinə varandan sonra “Snapchat”dan bölüşdüyü bir fotoşəkillə çantanın saxta olduğunu, "Xəbərdə yazılan qiymətin yüzdə birini mənə versəydiniz çantanı sizə verməyə hazıram" deyə, yazıb. İşraki ailəsinin lüks istehlak düşkünlüyü ilə verilən xəbərlər ilk deyil. Daha əvvəl də Ali İşrakinin həyat yoldaşının götürdüyü “Burberry” markası əl çantasının 1090 funt-sterlinq dəyərində olduğu müəyyən olunmuşdu və ağır iradlara məruz qalmışdı. Ona görə də gənc qız Jasminin çantasının saxta olduğuna daiq açıqlamasına da kimsə inanmayıb. Müxalifət.az