Xəzər sammitinin tarixi və yeri açıqlandı

Baxış sayı:
3280

Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.
Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib.
Qeyd edək ki, bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.