“Yanar dağ” yenidən qurulacaq - SƏRƏNCAM
17-07-2018 18:32
Baxış sayı:
3601

Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet.az bildirir ki, sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.