​Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb

Baxış sayı:
6781

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi xəbər verib.
Bundan əvvəl 120 nəfərin öldüyü bildirilirdi. Son məlumatlara əsasən, Okayama prefekturasında daha 6 nəfərin meyiti aşkarlanıb.
Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.