Yardımlıdakı meşə yanğını ilə bağlı növbəti məlumat
7-07-2018 23:33
Baxış sayı:
4477

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov söndürülüb.
“Ərazidə ayrı-ayrı kiçik yerlərdə hələ də müşahidə olunan tüstülənmə hallarının qarşısını tam almaq məqsədi ilə müvafiq işlər davam etdirilir. Ərazini bir neçə gün ərzində nəzarətdə saxlamaq məqsədi ilə ETSN əməkdaşları tərəfindən növbətçilik təşkil edilib”, – məlumatda bildirilib.
İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın bu gün saat 19:30-da söndürülüb.