Yunan mətbuatında Adnan Oktar hadisəsi fərqli yöndə təqdim edildi

Baxış sayı:
3292

Türkiyədə baş verən hər hadisə, Yunanıstanda yaxından izlənir.
 
Seçki prosesini ciddi izləyən Yunan mətbuatı, Türkiyədəki ədliyyə problemləri ilə də yaxından məşğul olur. Bunun son nümunəsi "qəsb, təcavüz, saxtakarlıq və cinayət təşkilatı yaratmaq" cinayətlərindən nəzarətə alınan Adnan Oktarın həbs olunması olub. Ancaq diqqət çəkən məqam, bu xəbərin təqdim etmə forması olub.
 
ƏRDOĞAN YAZARLARI HƏBS EDİR
 
Cinsəl istismar, dələduzluq, qəsb kimi bir çox cinayətlə ittiham edilən Adnan Oktar üçün" Müsəlman yazıçı həbs olundu" başlığı atılaraq, "Ərdoğan rejimi bütün yazıçı və alimləri həbs etməkdə davam edir" görüntüsü yaradılmağa çalışılıb. Ölkənin ən çox oxunan qəzetlərindən “Kathimerin”də Oktar üçün "Müsəlman yazıçı" təqdimatı ilə yazə dırc edib.
 
FETÖ VƏ PKK DA EYNİ
 
Beləliklə də Türkiyədə baş verənləri Yunan mediası fərqli statusda təqdim edərək Yunanlarda Türkiyəyı qarşı düşmınçilik rəyi formalaşdırırlar. Vı bu, birinci dəfə deyil. Qeyd edək ki, 15 iyul çevriliş cəhdindən sonra həbs olunan FETÖ-çular və PKK-lılar üçün də Yunan mətbuatında "jurnalist və alimlər" ifadəsi istifadə edilib və yanaşma davam edir.
Müxalifət.az