Zelenski belarusların mübarizsinə dəstək verdi
10-08-2020 13:49
Baxış sayı:
5124

Ukrayna Prezidenti Vladimir Zelenski belarusların dəyişikliklərlə bağlı mübarizələrinə dəstək verib.
Bu barədə o, rəsmi “Telegram” səhifəsində yazıb.
“Qonşularımızı maksimum tolerantlığa, səbr etməyə və küçə zorakılığından imtina etməyə çağırırıq.
Ukrayna və şəxsən mən Belarusun güclü iqtisadiyyatı və sabit sosial münasibətləri olan və sözün əsl mənasında müstəqil, demokratik bir ölkə olmasında son dərəcə maraqlıyıq”,-deyə Ukrayna lideri vurğulayıb./Virtualaz.org