Zirvədən əvvəl qalmaqal: Trampdan Almaniyaya sərt sözlər
11-07-2018 14:52
Baxış sayı:
4366

ABŞ Prezidenti Donald Tramp Brüsseldə Almaniyanı tənqid atəşinə tutub.
Muxalifət.az xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberqlə birlikdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidentinin rəsmi Berlin haqqında dediyi sözlər qalmaqal yaradıb.
Berlin hökumətinin təcili şəkildə müdafiə xərclərini artırmasını istəyən Tramp, Almaniyanın hazırda Rusiyanın əsiri olduğunu söyləyib.