10 hektar ərazidə it saxlayan nazir oğlu haqda ŞOK FAKTLAR - “İtə pul tökən nazirin ölkəsində...”
Kərəm Həsənov və Elmar Vəliyev isə Qara dəniz sahilində otel tikirlər: “iki məmurumuz pulları ölkədən belə çıxarır...”

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Beləliklə, ötən həftə - 12-18 iyun 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs maliyyə naziri Samir Şərifov olmuşdur. “Samir Şərifov gerçəkliyi: Nazir oğlu Azərbaycan pullarını it fermasına səpələyir”, “Azərbaycanda nazir oğlu çoban iti aldı: 10 hektar ərazidə saxlayır (FOTOLAR)”, “Samir Şərifov deputatları saymadı: nazir iclası niyə yarımçıq tərk etdi? - Detallar”, “İtə pul tökən nazirin ölkəsində: yoxsul ailələr, ağır xəstələr, qan xərçəngləri... - BİABIRÇILIQ!!!", “Samir Şərifov haqda ilginc iddialar... - Belə deyirlər…”, ““Gədəbəy işi”nə maliyyə naziri və Bayramov qardaşlarının da adı qarışdı” başlıqlı 6 məqalə ümumilikdə 10 elektron KİV-də işıqlandırılmışdır.
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov “Kərəm Həsənov və Elmar Vəliyev Qara dəniz sahilində otel tikirlər - Gürcüstanda”, “İki məmurumuz pulları ölkədən belə çıxarır... - İDDİA”, “Kərəm Həsənov Əziz Əzizovla sərt dildə danışmalı olacaq”, “Yasamalı Kərəm Həsənovdan alırlar? - İDDİA” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə tutur.
Elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri ““Quska işi"ndə İLGİNC GƏLİŞMƏ - Belə deyirlər…”, “Hakimiyyətə yaxın təşkilatın rəhbəri həbs edildi…” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov tutur.
Deputatın futbol “azarkeşliyi" başına bəla oldu
Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputat Azər Badamov dünya çempionatında “Real Madrid”ə azarkeşlik edəcək?! - Deputatlar arasında sorğu”, “Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İspaniyadır...”, “Deputat sosial şəbəkədə ona sataşanlara cavab verdi” başlıqlı 3 məqalənin 13 elektron KİV-də yayılması ilə deputat Azər Badamov tutur.
Elektron KİV-də ən çox adı hallanan deputatlar siyahısında 2-ci yeri “Spiker deputatın səhvini tutdu: “Koroğlu qaçaq deyil”, “Deputat: "Qaçaq Koroğluya heykəl qoymuşuq”, “SİYAVUŞ NOVRUZOV DOĞRU DEYİR, XƏTAİNİN HEYKƏLİ DÜZ YOLUN ORTASINDADIR” başlıqlı 3 məqalənin 7 elektron KİV-də yayılması ilə deputat Siyavuş Novruzov tutur.
Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" - Elxan Süleymanov ilginc faktlar açıqladı”, “Deputat barədə ŞOK İDDİALAR – 6 villa tikdi, körpünü uçurdu… + FOTOLAR”, “Hakimiyyətə yaxın təşkilatın rəhbəri həbs edildi…”, “Kəmaləddin Heydərovla deputatın anlaşması: Prezidenti aldadıb 3 milyonu necə aldılar” başlıqlı məqalələrin 4 elektron KİV-də yayılması ilə deputat Elxan Süleymanov tutur.
Muxalifet.az