"20 YANVAR HƏLƏ BİTMƏYİB" - Mirmahmud Mirəlioğlu

“Bizim üçün tarix yazan şəhidlərin qanını yerdə qoymamalıyıq. 27 il əvvəl başlanmış məsələ davam edir”
“1994-cü ildə Azərbaycan hakimiyyəti 20 yanvar məsələsini gündəmə gətirib, düz 3 ay Mili Məclisdə müzakirələri davam etdirdi. 3 ayın nəticəsi bu oldu ki, Primakovun adını oradan çıxartdılar. Yəni Azərbaycan hökumətinin bu məsələyə münasibəti belədir”.
Bu gün 20 yanvar faciəsinin 27-ci ildönümü tamam olur. 1990-cı ilin 20 yanvar tarixində şəhid olan insanlarımızı vətən, millət qarşısında canlarından keçdiyi üçün hər bir Azərbaycanlı hörmət və ehtiramla anır.
Bu hadisənin SSRİ-nin dağılmasında böyük tarixi rolunun olduğu da danılmazdır. O baxımdan, 20 yanvar tarixi faciə günü kimi deyil, Sovet tanklarının üstünə əliyalın yeriyən Azərbaycan xalqının qəhramanlıq tarixi kimi qeyd olunmalıdır.
Azərbycan bayrağının müstəqil dövlətlərin bayraqları sırasında dalğalanmasına məhz 20 yanvarda yaşadığımız qanlı gecə səbəb olub. Bu günün hər zaman ehtiramla anılması tarixmizə, yaddaşımıza olan ehtiramdır.
Ancaq təəssüflə qeyd etmək yerinə düşər ki, 20 yanvar hadisəsinin törədilməsinə səbəbkar olan cinaytkarlar hələ də cəzasını almayıb.
KXCP sədri Mirmahmud Mirəlioğlu Hurriyyet.org-a açıqlamasında bildirdi ki, 20 yanvar günü qəhramanlıq tarixidir: “Bu qəhrəmanlığın bu gün də davam etdirilməsi vacibdir. 20 yanvar hələ bitməyib. 20 yanvar Azərbaycanın çağdaş tarixinə və dünya tarixinə elə daxil olub ki, əslində, təxminən tarixdə “miladdan öncə”, “eradan əvvəl”, “bizim eradan sonra” deyilən kimi, indi Azərbaycan tarixində də “20 yanvardan əvvəl” və “20 yanvardan sonra” demək mümkündür. Ona görə ki, 20 yanvardan əvvəlki insanımız bu törədilən qanlı qətliamdan sonra dəyişdi. 20 yanvardan əvvəlki Azərbaycan insanı, 20 yanvardan sonrakı Azərbycan insanı kimi deyilməyə başladı. Hələ 1994-cü ildə Azərbaycan hakimiyyəti 20 yanvar məsələsini gündəmə gətirib, düz 3 ay Mili Məclisdə müzakirələri davam etdirdi. 3 ayın nəticəsi bu oldu ki, Primakovun adını oradan çıxartdılar. Yəni Azərbaycan hökumətinin bu məsələyə münasibəti belədir”.
M. Mirəloğlu haşiyə olaraq bir neçə gün əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Qarabağla bağlı bəyanatını xatırlatdı: “Bir neçə gündür Rusiyanın xarici işlər nazirinin başından böyük danışdığı, belə demək mümkündürsə, başından böyük qələt etdiyi, qudurduğu bir bəyanatı var. Bu bəyanata da Azərbaycanın bir dişsiz cavabı var. Cavab var, amma dişsizdir. Buna da keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun çox tutarlı mövqeyi var.
Onu da deyim ki, əgər Hamburg görüşündən sonra, yəni Putinə təşəkkür edəndən sonra, indi nə təhər cavab verəsən? Amma bu açıqlamaya görə, Rusiya xarici işlər nazirini nə qədər tənqid etsək də, əslində, ona bir az da “sağ ol” düşür ki, heç olmasa Azərbaycan insanını hərəkətə gətirən axmaq açıqlama da olsa, diplomatik cəhətdən uğursuz da olsa, həm də düşmənimizin mövqeyini göstərdi. Qarabağı işğal edən, erməniyə peşkəş verən və bu gün də arxasında duran, hətta BMT-nin Təhlükəsizlik Şurasının bu məsələrlə bağlı qətanmalərinə dil uzadan o erməni mənşəli nazirdir. Bu adama həm də “sağ ol” ona görə düşür ki, bizim insanımızı, xüsusilə də 20 yanvar ərəfəsində hərəkətə gətirir”.
KXCP sədri vurğuladı ki, 20 yanvarla bağlı cinayətkarlar cəzalandırılmalı idi: “Mixail Qorbaçov başda olmaqla, cinayətkarların cəzalandırılması ilə bağlı illər öncə bir söz deyəndə, mövqe bildirəndə Azərbaycanın dırnaqarası “məşhur” yazarlarından birisi bizim mövqeymizə “Onlar ölüm fətvası verdi” köşə yazısı yazırdı. Çox nadürüstcəsinə yazırdı. Azərbaycan hakmiyyəti dişli siyasət göstərməlidir ki, 20 yanvarlar təkrarlanmasın. Onsuz da onu təkrarlmaq mümkün deyil. Amma bu gün həm də Rusiya özünü yığışdırsın. Indiki halda öz başının açarını itirənlərin bəziləri “Qarabağın açarı Kremldədir” deyirlər. Bu adamlar açarın nə oduğunu duymurlar və öz başlarının açarlarını itirdiyinə görə, Azərbaycanın problemi ilə bağlı açarları Kremldə və başqa yerdə axtarırlar. Hesab edirəm ki, biz, bizim üçün tarix yazan şəhidlərin qanını yerdə qoymamalıyıq. 27 il əvvəl başlanmış məsələ davam edir. Bu, bizim Azərbaycanın Quzeyində dövlət müstəqilliyi qazanılması ilə nəticələnib. Amma bu gün müstəqillyimizə də təhdidlər var. O şəhidlərimizin qanları bizi qoymamalıdır ki, bu təhdidlərin qabağından geri çəkilək. Təhlükəsizliyimizi təmin etməkdən ötrü əlimizdən nə gəlirsə, etməliyik, ölümə belə hazır olmalıyıq. Şəhidlərimizn yolunu davam etdirməliyik. Onların ruhlarına da hər zaman duaçı olmalıyıq. Ruhları şad osun”.
Hurriyyet.org